- 13:31
ABŞ Müdafiə Nazirliyi və Milli Səhiyyə İnstitutları biomüdafiə və pandemiyalara hazırlıq sahəsində əməkdaşlıq barədə saziş imzalayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti sazişin mətninə istinadla məlumat yayıb.
Razılaşma əsasən kimyəvi və bioloji müdafiə üzrə tədqiqatları əhatə edir. Qəzetin məlumatına görə, birgə layihələr üçün Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun büdcəsindən təxminən 2 milyard dollar ayrıla bilər.
Saziş ABŞ Konqresində bəzi demokratların narazılığına səbəb olub. Qanunvericilər Pentaqonun səhiyyə proqramları üçün nəzərdə tutulan vəsaitdən öz ehtiyacları üçün istifadə edə biləcəyindən narahatdırlar.