- 12:25
Boliviyanın Viaça şəhərində yerləşən hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş verən partlayış nəticəsində azı 2 nəfər həlak olub, 59 nəfər isə xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə polisə istinadən "Unitel" telekanalı məlumat yayıb.
"2 həlak olan var, 7 nəfər itkin düşmüş hesab olunur, 59 nəfər isə xəsarət alıb", - deyə polis komandanının müavini Rocer Roka bildirib.
Boliviyanın müdafiə naziri Ernesto Xustinianonun sözlərinə görə, xəsarət alanlardan altısı hərbçi, qalanları isə mülki şəxslərdir. Hadisə yerində xilasedicilərin işi davam edir. Müdafiə idarəsinin rəhbəri bildirib ki, partlayış "pirotexniki materialların" saxlanıldığı sektorda baş verib. Zərbə dalğasından yaxınlıqdakı evlərə ziyan dəyib.