- 11:57
Türkiyədə 31 vəkil barəsində həbs qətimkan tədbiri seçilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Akın Gürlek məlumat verib.
O, vətəndaşların şəxsi məlumatlarını qanunsuz yollarla əldə edərək "panel" adlandırılan sorğu sistemləri vasitəsilə istifadə edən şəxslərə qarşı aparılan istintaq çərçivəsində 31 vəkil barəsində həbs qərarı verildiyini açıqlayıb.
Nazirin sözlərinə görə, istintaq çərçivəsində 39 müxtəlif vəkillik bürosunda axtarış və müsadirə əməliyyatlarına başlanılıb.
Akın Gürlek vətəndaşların şəxsi məlumatlarının qorunmasının dövlət üçün prioritet olduğunu vurğulayıb.
Gürlek qeyd edib ki, şəxsi məlumatların qanunsuz yollarla əldə edilməsi, kommersiya predmetinə çevrilməsi və bu məlumatlardan istifadə etməklə vətəndaşların zərərçəkən vəziyyətinə salınması qəbuledilməzdir.
Şəbnəm Mehdizadə