- 11:53
İsrail ordusunun Cənubi Livandakı Kfar Rumman qəsəbəsinə endirdiyi zərbə nəticəsində 11 nəfər həlak olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail döyüş təyyarələrinin Kfar Rummanda üçmərtəbəli binanı bombalaması nəticəsində ikisi körpə uşaq olmaqla doqquz nəfər həlak olub, beş nəfər isə yaralanıb.
Bundan əlavə, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatlarının qəsəbədə mülki avtomobili hədəf alması nəticəsində iki tibb işçisi həyatını itirib.
İsrail ordusu həmçinin Livanın cənubundakı Yuxarı Nəbatiyə və Ərəbsəlim qəsəbələrinə hava zərbələri endirib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində 4362 nəfər həyatını itirib, 12 378 nəfər isə yaralanıb.
Şəbnəm Mehdizadə