- 11:57
Nepalın Rasuva rayonu və ətraf ərazilərdə baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 1355-ə yüksəlib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşmüş 4996 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Xəstəxanaya yerləşdirilən 6672 nəfər hazırda müalicə alır.
Axtarış-xilasetmə, yardım paylanması, cəsədlərin çıxarılması və digər təcili tədbirlər üçün fəlakət zonalarına 21 402 nəfər təhlükəsizlik əməkdaşı cəlb edilib.
Nepal hökumətinin bir günlük matəm elan etməsindən sonra bu gün bayraqlar yarıya endirilib.
Yerli sakinlər həyatını itirənlər və itkin düşənlər üçün anım mərasimləri keçiriblər.
Şəbnəm Mehdizadə