Kanada İrana qarşı təzyiqi artırmaq istəyir


  • 12:44

Kanada hökuməti İrana qarşı təzyiqi davam etdirmək və əlavə sanksiyalar tətbiq etmək məqsədilə beynəlxalq müttəfiqləri ilə koordinasiyanı gücləndirəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Anita Anand və maliyyə naziri Fransua-Filip Şampan hökumətin rəsmi internet saytında birgə bəyanat yayıblar.

Bəyanatda İranın Hörmüz boğazından keçmək istəyən gəmilərə qarşı təhdidlərinə və nüvə fəaliyyəti ilə bağlı narahatlıqlara diqqət çəkilib.

Nazirlər Hörmüz boğazının yenidən açılması üçün ABŞ-nin rəhbərliyi ilə həyata keçirilən səylərin əhəmiyyətini vurğulayıblar. Onlar İrana qarşı təzyiqi davam etdirmək və yeni sanksiyalar tətbiq etmək üçün beynəlxalq tərəfdaşlarla koordinasiyanı artıracaqlarını bildiriblər.

Bəyanatda İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərini dayandırmasının vacibliyi vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər