- 10:36
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər yayıb.
Bildirilib ki, telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.