İsti çay və qəhvə qida borusu xərçəngi riskini artırır


  • 15:04

Çox yüksək temperaturda olan isti çay və qəhvə kimi içkilərin müntəzəm olaraq istehlak edilməsi qida borusu xərçəngi riskini artırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyada təxminən bir milyon iştirakçının iştirak etdiyi bir araşdırma, isti içkilərlə qida borusu xərçəngi arasındakı əlaqəni ortaya qoyan əhatəli bir araşdırma aparılıb.

Tədqiqat göstərir ki, içkilərini çox isti qəbul edən şəxslər bu xərçəngə tutulma riski ilə üzləşirlər. Qeyd olunur ki, mədəyə çatmadan qida borusu vasitəsilə keçən qaynar mayelər hüceyrə təbəqəsinə zərər verir. Oksford Universiteti tərəfindən aparılan və "International Journal of Cancer" jurnalında dərc olunan bir tədqiqat, 65°C və ya daha yüksək temperaturda istehlak edilən bütün içkiləri "çox isti" kimi təsnif edir və onların potensial risk daşıdığını ortaya qoyur. 977 882 nəfər orta yaşlı kişi və qadının məlumatlarına əsaslanan tədqiqata görə, gündə altı və ya daha çox isti içki qəbul etmək də riski artırır.

Qeyd olunur ki, süd əlavə edilməsi içkiləri bir qədər soyuda bilsə də, süd qatılmış çay və ya qəhvə yenə də çox isti qala bilər. Təzə qaynadılmış su ilə dəmlənən çayın temperaturu 100°C olan qaynama nöqtəsinə yaxın olur. Fincana töküldükdə isə temperatur 90°C ilə 95°C aralığına düşür. Mütəxəssislər içkinin təhlükəsiz temperatura düşməsi üçün onu içməzdən əvvəl bir neçə dəqiqə gözləməyi tövsiyə edirlər.

"Cancer Research UK" təşkilatından Fiona Osqun vurğulayır ki, qida borusu xərçəngi riskini azaltmağın ən vacib yolu siqareti tərgitmək və spirtli içki istehlakını azaltmaqdır. Qeyd olunur ki, siqaret və spirtli içkilər qaynar içkilərin yaratdığı risklə müqayisədə daha əhəmiyyətli amillərdir. Qida borusu xərçənginin simptomlarına döş qəfəsi və ya boğaz ağrısı, həzmsizlik, qıcqırma və çəki itkisi daxildir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər