- 12:12
Türkiyənin Balıkesir vilayətində yağ istehsal edən fabrikdə yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Balıkesirin Bandırma rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə çoxsaylı yanğınsöndürmə, təcili tibbi yardım və jandarma qrupları cəlb edilib.
Qrupların səyləri nəticəsində yanğın nəzarət altına alınıb.
Ərazidə soyutma işləri davam edir.
Şəbnəm Mehdizadə