- 12:12
Türkiyənin Kayseri şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fəhlələri daşıyan 2 avtobus ağır texnika ilə toqquşub.
Toqquşma nəticəsində avtobuslar yol kənarındakı arxa düşüb, ağır texnika isə aşıb.
Qəza nəticəsində bir nəfər həyatını itirib, 15 nəfər isə xəsarət alıb.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə və jandarma qüvvələri cəlb edilib.
Qəzada xəsarət alan 15 nəfər ilkin tibbi müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə