- 12:12
Şimali Kipr Türk Respublikasının (KKTC) Girne sahillərində batan sərnişin gəmisindən itkin düşən şəxslərin axtarışı zamanı daha bir cəsəd aşkarlanıb.
E-huquq.az xəbər verir ki, aparılan axtarış-xilasetmə işləri çərçivəsində daha bir nəfərin cəsədi tapılıb. Həlak olan şəxsin kimliyinin müəyyənləşdirilməsi məqsədilə müvafiq müayinə və prosedurlara başlanılıb.
Bildirilib ki, gəmi qəzasından sonra itkin düşmüş daha bir şəxsin tapılması üçün axtarışlar davam etdirilir.
Beləliklə, qəza nəticəsində həyatını itirənlərin sayı 26 nəfərə çatıb. Daha bir nəfər isə hələ də itkin hesab olunur.
Xatırladaq ki, Girne ilə Mersinin Taşucu limanı arasında sərnişin daşımaları həyata keçirən "Filo Jet" adlı sərnişin gəmisi avqustun 30-da Girne limanından yola düşdükdən qısa müddət sonra burun hissəsindən su almağa başlayıb. Gəmi limana geri qayıtmağa çalışarkən batıb.
Şəbnəm Mehdizadə