- 12:12
Belçika Parlamenti ictimai asayış və ya milli təhlükəsizlik üçün təhlükə yaradan, ölkədə qalmaq hüququ olmayan şəxslərin deportasiyasını asanlaşdıran qanun layihəsini təsdiqləyib.
E-huquq.az Belga xəbər agentliyinə istinadən xəbər verir ki, layihə məhkəmə icazəsi əsasında polis və immiqrasiya əməkdaşlarının həmin şəxslərin yaşadığı evlərə daxil olaraq onları deportasiya prosesinin bir hissəsi kimi inzibati həbsə almasına imkan verir.
Qanun ölkədə qalmaq üçün hüquqi əsası olmayan və geri qaytarılma proseduru ilə əməkdaşlıq etməkdən imtina edən şəxslərə şamil ediləcək. Sığınacaq və miqrasiya naziri Anneleen Van Bossuyt bildirib ki, qaydalar beynəlxalq müdafiə altında olan şəxslərə və yalnız hüquqi statusu olmayan bütün miqrantlara avtomatik tətbiq edilməyəcək.
Müxalifət, federal polis, hakimlər və vəkillər layihəni tənqid edərək ictimai asayişə və ya milli təhlükəsizliyə təhdid meyarının aydın müəyyən edilmədiyini və uşaqların hüquqlarının qorunması ilə bağlı təminatların yetərli olmadığını bildiriblər.
Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentdə təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, Belçikada 2021-ci ildən etibarən sığınacaq sistemi yerləşdirmə imkanlarının məhdudluğu səbəbindən böhran yaşanır. Xüsusilə tək gələn bəzi kişi sığınacaq axtaranlar Brüsseldə küçələrdə və ya müvəqqəti sığınacaqlarda qalmağa məcbur olurlar.
Şəbnəm Mehdizadə