- 15:44
Ukraynada münaqişənin müvəqqəti dayandırılması və ya dondurulması problemin həlli deyil.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov söyləyib.
Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiyanın Ukrayna məsələsində yalnız qismən razılaşmaları kifayət etmədiyini deyib. Onun sözlərinə görə, münaqişənin həlli üçün hərtərəfli və uzunmüddətli saziş əldə olunmalıdır.
Kremlin sözçüsü qeyd edib ki, potensial razılaşma gələcək nəsillər üçün uzunmüddətli və etibarlı təhlükəsizlik təminatları yaratmalıdır.
Peskov həmçinin Ukrayna böhranının həllinə yönəlmiş xarici təşəbbüsləri alqışladıqlarını, lakin hazırda belə səylərin şahidi olmadıqlarını bildirib.
Şəbnəm Mehdizadə