"El-Nino" son 77 ilin ən güclü səviyyəsinə çata bilər


  • 16:55

"El-Nino" iqlim hadisəsi güclənməkdə davam edir.

E-huquq.az Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına istinadən xəbər verir ki, Sakit okeanın müşahidə olunan bölgəsində dəniz səthinin temperaturu normadan 4 dərəcə yüksəkdir. Bu, 1949-cu ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Mütəxəssislər cari hadisənin müşahidələr tarixində ən güclü "El-Nino" epizodlarından birinə çevrilə biləcəyini bildirirlər. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) proqnozuna əsasən, fenomenin dekabrda pik həddə çatacağı və 2027-ci ilin fevralınadək davam edə biləcəyi gözlənilir.

Çikaqo Universitetinin İqlim Təsiri Laboratoriyasının tədqiqatçıları bu hadisə ilə əlaqəli temperatur artımının 2026-cı ilin iyunundan 2027-ci ilin fevralınadək dünyada təxminən 451 min əlavə ölümə səbəb ola biləcəyini proqnozlaşdırıblar. Tədqiqatçılar həmçinin həddindən artıq isti günlərin sayının adi illərlə müqayisədə 44 faiz arta biləcəyini bildiriblər.

Qeyd edək ki, "El-Nino" təbii iqlim dövrünün isti fazasıdır və dünya üzrə hava şəraitinə, temperatur göstəricilərinə və yağıntıların paylanmasına təsir göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər