Məzmuna keç

Ukrayna Konstitusiya Məhkəməsi parlamentin buraxılması qərarını qanuni sayıb

Qərar Ukrayna Konstitusiya Məhkəməsinin iyunun 20-də keçirilən iclasında qəbul olunub.

Ukrayna Konstitusiya Məhkəməsi ölkə parlamentinin buraxılması haqqında prezident fərmanının qanuni olmasına dair qərar qəbul edib.

E-huquq.az "Report"a istinadən xəbər verir ki, bu qərar Ukrayna Konstitusiya Məhkəməsinin iyunun 20-də keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-də parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Mayın 24-də Xalq Cəbhəsi Partiyasının təmsilçiləri bu fərmanı qanunsuz sayaraq Konstitusiya Məhkəməsinə müraciət etmişdi.