Məzmuna keç

İstanbul Bələdiyyəsinin sədri vəzifəsinə keçirilən seçkilərin ilkin nəticəsi açıqlanıb

İstanbulun Bələdiyyə sədri vəzifəsinə keçirilən seçkilərin ilkin nəticəsi açıqlanıb

Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri vəzifəsinə keçirilən təkrar seçkilərdə səsvermənin ilkin nəticələri açıqlanıb.

E-huquq.az xəbər verir ki, nəticələrə əsasən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım 45,27 faiz, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 53, 82 faiz səs toplayıb.

Səslərin 95 faizi artıq sayılıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım rəqibi Əkrəm İimamoğlunu təbrik edib.