Məzmuna keç

Cəzaçəkmə müəssisəsinin işçisi həmin müəssisənin məhbusu ilə sevgi həyatı yaşaya bilərmi?

Cəzaçəkmə müəssisəsinin işçisi həmin müəssisənin məhbusu ilə sevgi həyatı yaşaya bilərmi?

Cəzaçəkmə müəssisəsinin işçisi həmin müəssisənin məhbusu ilə sevgi həyatı yaşaya bilərmi?

E-huquq.az xəbər verir ki, Trier Inzibati Məhkəməsi (Almaniya) bu suala "yox" cavabı verərək, mükəmməl əsaslandırma aparıb.

Qərar verilən işdə cəzaçəkmə müəssisəsinin qadın işçisi orada cəza çəkən məhbuslardan biri ilə sevgi macərası yaşayırmış. Hətta bu xanım öz çılpaq şəkillərini, ev və həyətinin şəkillərini məhbusla paylaşırmış. Poçt göndərərkən saxta addan da istifadə edirmiş. Bir gün poçt yoxlanışı zamanı bunun üstü açılır və xanım işdən azad olunur.

Məhkəmə orada işləyən məmur xanımın işdən çıxarılması səbəbi kimi bildirir ki, cəzaçəkmə müəssisələrində məsafə saxlama tələbi keçərlidir və bu xanım bu prinsipi pozmuşdur. O bundan əlavə sevgi həyatı yaşadığı məhbusa digərlərindən üstün və yaxşı münasibət bəslədiyindən dolayı bərabər rəftar göstərmək prinsipini də pozmuşdur. Xüsusi ilə o, öz çılpaq şəkillərini ona göndərməklə özünü və əyalətin ədliyyə idarəsini şantaj edilə bilən vəziyyətə salmışdır.

Müəllif: Sirac Piriyev