Moldova Konstitusiya Məhkəməsinin hakimləri tam tərkibdə istefa vermək barədə qərar qəbul edib.
E-huquq.az bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl Moldova prezidenti İqor Dodon Venesiya Komissiyasının ölkənin Konstitusiya Məhkəməsi tərəfindən pozuntu faktını qəbul etdiyini söyləyib. O cümlədən hakimlər Moldovanın prezidentini vəzifəsindən çıxarmaqla baş nazirə parlamentin buraxılması barədə fərman imzalamaq hüququ verməklə Konstitusiyanı pozublar. Eyni zamanda müəyyən edilib ki, parlament Konstitusiya Məhkəməsinin bildirdiyi kimi iyunun 7-dək yox, 10-dək buraxıla bilməzdi.
Əlavə edək ki, Konstitusiya Məhkəməsinin sədri Mixay Poalelunjiyunun 20-də istefa verib.
