Türkiyədə 2026-cı ildə qeydə alınan meşə yanğınlarının sayı ötən illə müqayisədə 35 faiz azalıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, 2026-cı ildə ölkə üzrə ümumilikdə 6 219 yanğına müdaxilə edilib.
Onlardan 2 111-i meşəlik ərazilərdə, 4 108-i isə kənd yerlərində baş verib.
Yumaklı iqlim dəyişikliyinin meşələrə təzyiqi artırdığını vurğulayıb.
Şəbnəm Mehdizadə
