Türkiyənin İstanbul şəhərində qonşular arasında yaranan mübahisə qətllə nəticələnib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Osmanqazi məhəlləsində baş verib.
Pişiklərin qonşulardan birinin evinə girməsi mübahisəyə səbəb olub.
Mübahisə zamanı 29 yaşlı Emre Y. tapança ilə qonşusuna atəş açaraq hadisə yerindən qaçıb. Kürəyindən iki güllə yarası alan Öksüz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəli şəxs polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Şəbnəm Mehdizadə
