Türkiyənin Van vilayətinin Çaldıran, Muradiye, Saray və Özalp rayonlarında güclü qara görə tədris prosesi bir gün müddətinə dayandırılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti davam etdiyindən həmin ərazilərdəki bütün dövlət, özəl və qeyri-formal təhsil müəssisələri bir günlük bağlanıb.
Bundan əlavə, Muradiye rayonunda dövlət qurumlarında çalışan əlilliyi olan şəxslərə, hamilə qadınlara və 0-6 yaş arası övladı olan analara məzuniyyət verilib.
Şəbnəm Mehdizadə
