ABŞ-nin Nyu-York şəhərinin Kuins rayonunda baş verən atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
E-huquq.az xəbər verir ki, hadisə ilə bağlı polis məlumat yayıb.
Bildirilib ki, insident zamanı 21 yaşlı kişi güllə yarası alıb. O, Elmherst xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisə nəticəsində 24 və 38 yaşlı daha iki kişi də güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları atışmanı törətməkdə şübhəli bilinən 18 yaşlı şəxsi saxlayıblar.
