Yerevanda hökumət binasının qarşısında ömürlük azadlıqdan məhrum edilən məhbusların qohumları etiraz aksiyası keçirib.
E-huquq.az xəbər verir ki, onlar həmin məhbusların işinə yenidən baxılmasını tələb ediblər.
Helsinki Assosiasiyasının sədri Nina Karapetyan bildirib ki, Ermənistanda ömürlük azadlıqdan məhrum edilən 91 məhbus var: “Ötən 20 ildə onların saxlanılması şəraitində heç bir dəyişiklik yoxdur. Həmin məhbuslara verilən cəzanı dəyişmək imkanları da heç vaxt olmayıb”.
Mənbə: Report
