Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.
E-huquq.az xəbər verir ki, o, özü təslim olub.
Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.
Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.
Mənbə: Report
