İngiltərə Ali Məhkəməsi çərşənbə axşamı Baş Nazir Boris Consonun Parlamentin təxirə salınması barədə prosesinin qanuniliyinə dair qərar çıxaracaq.
E-huquq.az-ın xəbərinə görə, araşdırma sentyabrın 17-də başlayıb və bu günlər ərzində dinləmələr keçirilib.
Əgər məhkəmə təxirə salmanı qanuni hesab etsə, çərşənbə axşamı başlamış fasilə davam edəcək və parlament bir də oktyabrın 14-də toplanacaq. Qanunsuz elan edilsə, İcmalar Palatası və Lordlar Palatası məcburi məzuniyyətdən geri çağırılacaq.
Qeyd edək ki, Böyük Britaniyanın Ali Məhkəməsi qanunları ləğv edə və ya onlara düzəliş edə bilməz, lakin parlamentə müvafiq tövsiyələr verə bilər.
