Zelenski Putinlə görüşmək üçün şərtini açıqladı


  • 24 May 00:17

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin dayandırılması məsələsini həll etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

E-huquq.az xəbər verir ki, bu barədə Zelenski Davosda çıxışı zamanı deyib.

"Onların dövlətdə elə bir qərar qəbuletmə strukturu var ki, onsuz heç bir qərar qəbul edilmir və biz bunu aydın şəkildə bilməliyik. Onların bütün institutlarını bir qərar birləşdirir - Rusiya Federasiyası Prezidentinin qərarı. Əgər söhbət müharibəni bitirmək üçün konkret qərardan gedirsə, Rusiya Prezidenti ilə görüş olmadan mümkün olmayacaq. Vasitəçilərlə görüş arzumuz yoxdur, olmamamlıdır və olmayacaq. Ona görə də mən Rusiya prezidentindən başqa heç kimlə heç bir görüşü qəbul etmirəm. Əgər masada yalnız bir məsələ- müharibəni bitirmək olacaqsa... Danışacaq başqa bir şey yoxdur", - Zelenski vurğulayıb.

Oxşar xəbərlər