Məzmuna keç

Ukraynada müharibədə ölən uşaqların sayı açıqlandı

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq güllə və qəlpə yarası alıb.

E-huquq.az xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.