Məzmuna keç

NATO yeni strateji konsepsiyada Rusiyanın statusunu dəyişəcək

İtaliyanın NATO-dakı nümayəndəsi Françesko Mariya Talo bildirib ki, alyans iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyasında Rusiyanın statusunu dəyişəcək və ona Çin də əlavə olunacaq.

Bu barədə e-huquq.az “Report”-a stinadən xəbər verir.

“Biz son sənəddə tərəfdaş hesab edilən Rusiyaya münasibətimizi dəyişəcəyik və hələ strategiyaya daxil olmayan Çini də ora daxil edəcəyik”, – diplomat deyib.

Talo əlavə edib ki, sammitdə Finlandiya və İsveçin NATO-ya qəbulu məsələsi də müzakirə olunacaq.

İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, İsveç və Finlandiya iyunda Madriddə keçiriləcək NATO sammitində dövlət və hökumət başçıları səviyyəsində iştirak edəcək.