Əfqanıstanda güclü zəlzələ - 255 ölü, 150 yaralı


  • 22 İyun 2022 10:03

Əfqanıstanda 5,8 bal gücündə zəlzələ baş verib.

E-huquq.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı Paktika əyalətində 255 nəfər həlak olub, daha 150 nəfər isə xəsarət alıb.

Zəlzələ nəticəsində bir neçə ev uçub. Hazırda dağıntılar arasından cəsədlərin çıxarılması davam etdirilir.

Oxşar xəbərlər