Kiyevə raket hücumu olub, insanlar dağıntılar altında qalıb - FOTO


  • 26 İyun 2022 10:59

Ukrayna paytaxtı Kiyev şəhərinin Şevçenko rayonunu Rusiya ordusu atəşə tutub.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün saat 06:29-da 9 mərtəbəli binada yanğın baş verməsi barədə xilasedicilərə xəbər daxil olub. Dərhal hadisə yerinə ən yaxın yanğınsöndürmə və xilasedicilər gəlib. Müəyyən edilib ki, Rusiya ordusunun atəşə tutması nəticəsində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib, 7, 8 və 9-cu mərtəbələri qismən dağılıb. Yanğın sahəsi 300 kv. m. əhatə edib.

"Hazırda yanğının söndürülməsi və insanların xilas edilməsi istiqamətində tədbirlər görülür. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerinə 19 yanğınsöndürən texnika və 67 canlı qüvvə cəlb olunub", - məlumatda deyilir.

Oxşar xəbərlər