Putin G20 Zirvə görüşünə dəvəti qəbul etdi


  • 27 İyun 2022 21:39

Rusiya prezidenti Vladimir Putin indoneziyalı həmkarı Coko Vidodonun noyabrın 15-16-da Balidə keçiriləcək G20 Zirvə görüşünə dəvətini qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, görüş videoformatda deyil, əyani şəkildə keçiriləcək.

"Bizə əyani formatda iştirak üçün dəvət gəlib. Hələ vaxt var. Ümid edirəm ki, pandemiya bu tədbirin əyani şəkildə keçirilməsinə imkan verəcək", - Uşakov qeyd edib.

Oxşar xəbərlər