Məhkəmə Qırğızıstanın sabiq prezidentinə bəraət verdi


  • 28 İyun 2022 17:41

Qırğızıstanın paytaxtı Bişkekdə məhkəmə ölkənin sabiq prezident Almazbek Atambayevə 2020-ci ildə iğtişaşların təşkili üzrə cinayət işində bəraət verib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Bişkekin Pervomaysk rayon məhkəməsinin qərarında deyilir.

Qeyd olunur ki, hakim bu iş üzrə A.Atambayevi təqsirsiz hesab edib. Məhkəmə işində dövlət ittihamçısı sabiq prezident üçün 12 il həbs cəzası tələb edirdi.

Xatırladaq ki, Almazbek Atambayev 2020-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərindən sonrakı iğtişaşların təşkilində ittiham olunaraq saxlanılmışdı.

Oxşar xəbərlər