Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərində quraşdırılan bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, baş verən hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfərə hadisə yerinə tibbi yardım göstərilib: "Dörd nəfər tibb müəssisələrinə aparılıb, 15 nəfərin isə taleyi məlum deyil".
