Məzmuna keç

Gürcüstanda vəkil məhkəmə iclasında vəfat etdi

Gürcüstanın Tbilisi Şəhər Məhkəməsində ölüm hadisəsi baş verib

Gürcüstanın Tbilisi Şəhər Məhkəməsində ölüm hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, məhkəmə iclası zamanı vəkil Nodar İluridze vəfat edib.

“Rustavi 2” kanalının məlumatına əsasən, məhkəmə prosesi zamanı vəkil özünü qəflətən pis hiss edib.

Məhkəməyə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Vəkilin qəfil ölüm səbəbi hələlik məlum deyil. Məhkəmə zalında hazırda ekspert-kriminalistlər çalışırlar.

Mənbə: Report