Məzmuna keç

“Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək – RƏSMİ

İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı "Çelsi" ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcəyi dəqiqləşib.

E-huquq.az xəbər verir ki, London təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb.

Məlumatda bildirilib ki, "Arsenal" klubu H.Mxitaryanın komandanın heyətində olması ilə bağlı variantları diqqətlə analiz edib.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.