- 08:07
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı qərarını alqışlayıb.
E-huquq.az xəbər verir ki, “Cinayətlərin şiddəti və BCM-nin bəyanatı öz-özündən xəbər verir”, - Aİ-nin baş diplomatı vurğulayıb.
“Bu, beynəlxalq ədalət və Ukrayna xalqı üçün mühüm qərardır. Biz Avropa İttifaqında həmişə açıq şəkildə bildirmişik ki, Ukraynaya qarşı qanunsuz təcavüzün günahkarları məsuliyyətə cəlb edilməlidir", - J. Borel qeyd edib.
Borel əlavə edib ki, bu həbs qərarı Ukraynada hərbi cinayətlərə görə potensial günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi prosesinin yalnız başlanğıcıdır.