Türkiyənin İstanbul və Hatay şəhərlərində antiterror əməliyyatları keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin DHKP-C-yə (İnqilabçı Xalq Qurtuluş Partiyası Cəbhəsi) qarşı keçirdiyi əməliyyatlarda 8 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Onlardan 3-ü barədə həbs qətimkan, 5 nəfər barədə isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
