Türkiyənin İsbul şəhərinin Beykoz rayonunda ocaq qalamaq üçün kol-kos toplayan şəxs quyuya düşüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, ətrafdakı şəxslərin məlumatı əsasında əraziyə xilasedciilər cəlb olunub.
1 saatdan çox davam edən əməliyyat nəticəsində Mehmet Başak adlı kişi 15 metrlik quyudan çıxarılıb.
İlkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb.
Şəbnəm Mehdizadə
