Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonu ərazisində tramvay yük maşını ilə toqquşub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kabataş-Bağcılar xətti üzrə hərəkət edən tramvar Mithatpaşa və Akşemsettin stansiyaları arasında sağa dönən yük maşınının qoşqusuna dəyib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, sərnişinlər qorxulu anlar yaşayıb.
Qəzadan sonra tramvayda olan sərnişinlər təxliyə edilib.
Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəza həmin istiqamət üzrə nəqliyyatın hərkətində gecikmələrə səbəb olub.
.jpg)
Şəbnəm Mehdizadə
