"Türkiyəninin zəlzələ bölgəsindən köçürülən 94 mindən çox şagird tədris prosesinə başlayıb".
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Mahmut Özer deyib.
"Fəlakət bölgəsindən müxtəlif vilayətlərə köçürülən 94 min 12 şagirdimiz bu gündən etibarən məktəblərinə qayıdıb", – deyə nazir sosial şəbəkədə etdiyi paylaşımında bildirib.
Qeyd edək ki, Türkiyədə fevralın 6-da ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və episentri Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ nəticəsində 50 500 nəfər ölüb.
Şəbnəm Mehdizadə
