Türkiyədə 24 yeni inzibati məhkəmə yaradılacaq.
E-huquq.az xəbər verir ki, Ədliyyə Nazirliyinin müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.
İnzibati məhkəmələrin yaradılması haqqında 27 may 2023-cü il tarixli qərara əsasən, ölkənin 12 əyalətində 24 yeni inzibati məhkəmə qurulacaq.
Yeni məhkəmələrin Adana, Adıyaman, Diyarbəkir, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Malatya, Muğla, Osmaniye və Şanlıurfada yaradılmasına qərar verilib.
Şəbnəm Mehdizadə
