- 19:10
Türkiyənin Antalya şəhərinin Manavqat rayonundaə 5 mərtəbəli binada yanğın olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb.
Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində köməksiz vəziyyətdə qalan 13 nəfər xilas edilib.
İlkin ehtimala görə, yanğın binanın 1-ci mərtəbəsindəki sexdə motosikletin partlaması nəticəsində meydana gəlib.
Faktla bağlı Manavgat Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə