İş yerində silahlı insident: 6 nəfər yaralandı


  • 29 May 2023 10:55

Türkiyənin Diyarbəkir şəhərində iş yerlərinin birində silahlı insident baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərkəz Kayapınar rayonunda bir qrup şəxslə iş yerinin sahibi və işçilər arasında mübahisə yaranıb.

Mübahisədən sonra ofisi tərk edən həmin şəxslər bir müddət sonra geri qayıdıb və silahlı hücuma keçiblər. Nəticədə biri ağır olmaqla 6 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Yaralılar Qazi Yaşargil Tədris və Araşdırma Xəstəxanasına və şəhərin digər xəstəxanalarına çatdırılıb.

İnsidentin baş verdiyi ərazi bir müddət nəqliyyatın hərəkətinə bağlanıb.

Polis şübhəli şəxslərin müəyyən olunması və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər