Hərbi Administrasiya: "Lvov üzərində vurulan raketin parçaları anbara düşüb, yanğın başlayıb"


  • 29 May 2023 11:33

"Ötən gecə Lvov vilayətində vurulan raketin parçaları anbar və traktoru sıradan çıxarıb"

E-huquq.az UNİA-a istinadən xəbər verir ki, bunu Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski deyib.

"Ukraynaya qarşı irimiqyaslı hava hücumu zamanı Rusiya raketlərindən biri Lvov vilayətində vurulub. Müdafiəçilərimiz onu Zoloçevski rayonu üzərindən endirməyə müvəffəq olublar. Raketin dağıntılarının düşməsi nəticəsində anbar və traktor yanıb", - o bildirib.

Kozitskinin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hərbi Administrasiya rəhbəri bildirib ki, ötən gecə onların məsuliyyət zonasında 6 qanadlı raket və 10 pilotsuz uçuş aparatı məhv edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər