Ərdoğanın qələbəsinə sevinən kişi ürəktutmasından vəfat etdi


  • 29 May 2023 11:41

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbə qazanmasına sevinən kişinin ürəyi dayanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, seçkilərin nəticələrini böyük coşqu ilə qeyd edən Balıkəsir vilayətində 67 yaşlı Əli Akkayanın həyəcandan halı pisləşib.

O, dərhal xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaq, həyatını xilas etmək olmayıb. Ə.Akkaya ürəktutmasından vəfat edib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər