Türkiyə XİN: "Avropada irqçilik artıb"


  • 29 May 2023 12:41

Türkiyə Xarici İşlər Nazirliyi Zolingen faciəsinin 30-cu il dönümü ilə bağlı bəyanat yayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəyanatda faciə zamanı həyatını itirənlər rəhmətlə anılıb.

Sözügedən hadisədən ötən 30 ildə Avropada ksenofobiya, irqçilik və islamafobiya artmağa davam etdiyi vurğulanıb: "İrqçilik və ksenofobiya zəmnində baş verən hücumlarda həyatını itirən bütün vətəndaşlarımızın əziz xatirəsini rəhmətlə yad edirik. Bir daha vurğulayırıq ki, hər cür ayrı-seçkiliyin qarşısını almaq və bu cür faciələrin təkrarlanmaması üçün ksenofobiya, irqçilik və islamofobiya ilə birlikdə mübarizə aparmalıyıq. Türkiyə təhdid yaradan düşmənçilik zehniyyətinə qarşı mübarizəsini davam etdirir".

Bəyanatda, Türkiyə XİN başçısının müavini Yasin Ekrem Sərimin faciənin 30-cu ildönümü ilə bağlı Zolingendə keçiriləcək anım mərasiminə qatılacağı bildirilib.

Xatırladaq ki, 1993-cü ilin mayın 29-da Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Zolingen şəhərində türk əsilli ailənin ailənin evi irqç qrup tərəfindən yandırılıb. Hadisə nəticəsində ailənin beş üzvü həyatını itirib. Hadisənin baş verdiyi ərazi muzeyə çevrilib. Hər il hadisənin baş verdiyi tarixdə türklərin yaşadığı müxtəlif Avropa ölkələrində və Almaniyada anım mərasimləri keçirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər