- 19:10
Türkiyənin Van şəhərində PKK/KCK və FETÖ terror təşkilatlarına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, 22-28 may tarixlərində baş tutan əməliyyatlar çərçivəsində 18 nəfər saxlanılıb.
Onlardan 16-nın PKK/KCK, 2-nin isə FETÖ üzvü olduğu bildirilib.
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə