- 19:10
"Müvəqqəti işğal olunmuş Melitopolun kənarında rus işğalçıları meşəni qırır, böyük səngərlər qazırlar".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov deyib.
"Xəndəklər o qədər böyükdür ki, həm düşmən texnikası, həm də kütləvi məzarları sığacaq", - o bildirib.
Eyni zamanda, son günlər melitopollular ağac gövdələri ilə yüklənmiş hərbi “KAMAZ” maşınlarının dolama yolu ilə Zaporojye cəbhə xəttinə doğru hərəkətini izləyirlər. Amma onlar əks istiqamətə də boş getmirlər - onlar əzilmiş hərbi texnikanı aparırlar", - Fedorov qeyd edib.
Şəbnəm Mehdizadə