Türkiyədə yük maşını tuneldə yanıb, 26 nəfər tüstüdən zəhərlənib


  • 29 May 2023 14:31

Türkiyənin İzmir şəhərində "Bayraklı Tunelleri" adlanan ərazidə yük maşını yanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərəkətdə olan yük maşını qəfildən alovlanmağa başlayıb.

Nəticədə tuneldə köməksiz qalan 21 nəfər və 5 xilasedici tüstüdən zəhərlənib. Zərərçəkmişlər təxliyə olunaraq xəstəxanaya aparılıb.

Yanğın qısa müddətdə nəzarətə götürülüb. Tunel Karşıyaka istiqamətində nəqliyyatın hərəkətinə bağlanıb.

İzmir valisi Yavuz Səlim Köşger və Rayon polis idarəsinin müdiri Mehmet Şahne də hadisə yerinə gəlib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər