- 25 Sentyabr 17:13
Türkiyənin Aksaray şəhərində polis məmuru sevgilisi tərəfindən güllələnib.
E-huquq.az DHA-ya istinadən xəbər verir ki, 26 yaşlı polis Abdullah Eroğlu mübahisə etdiyi sevgilisi Aysel G. tərəfindən öz silahı ilə başından vurulub.
Yaralı dərhal təcili yardımla Aksaray Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Onlar arasında mühabisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisəni törədən Aysel G. saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə